Çingiz Səfərov: “Biz, müştərilərimizə gəlir gətirən layihələr yaradırıq” - FOTO | 1news.az | Xəbərlər
Köşə

Çingiz Səfərov: “Biz, müştərilərimizə gəlir gətirən layihələr yaradırıq” - FOTO

11:16 - 12 / 02 / 2016
Çingiz Səfərov: “Biz, müştərilərimizə gəlir gətirən layihələr yaradırıq” - FOTO

Heç də xüsusi təqdimata ehtiyacı olmayan “SAFAROFF” agentliyini demək olar ki, hamı tanıyır.

Bu gün 1news.az-a müsahibəsində “SAFAROFF”-un idarəedici partnyoru Çingiz Səfərov agentliyin uğurlarından, bazarın trendlərindən, startaplardan, həmçinin, ölkəmizin informasiya texnologiyaları bazarında ən aktual və lazımlı olanlardan danışır.

- 11 il ərzində uğurlu fəaliyyət göstərməyi hər kəs bacarmaz, lakin “SAFAROFF” agentliyi etdi və bildiyimə görə, dayanmaq fikrində deyil.

- Özümüzə əminliklə ətrafında gənc peşəkarları yığan Azərbaycanın ən böyük digital-agentliyi deyə bilərəm. Komandamızın genişlənməsi çox sevindirir. Son iki il ərzində biz, ölkə üzrə ən çox sayt və mobil tətbiq yaratmışıq.

Bizim geniş portfoliomuzda demək olar ki, bütün böyük maliyyə, tikinti, telekommunikasiya və dövlət qurumları vardır.

İşlərimizlə www.safaroff.com saytında tanış olmaq olar.

11 illik fəaliyyət ərzində biz, kifayət qədər təcrübə yığıb istənilən çətinlikdə daha irimiqyaslı digital-layihələrə imza atmağa hazırıq. Çünki “SAFAROFF” agentliyi üçün qeyri-mümkün heç nə yoxdur.

İşimiz keyfiyyətlidir, bu səbəbdən də qiymətlərimiz ədalətlidir. Eyni zamanda, biznesdə yeni istiqamətlərə doğru yol açırıq. Məsələn, bir qədər əvvəl agentlik “Meqaplan” CRM-sisteminin Azərbaycanda rəsmi tərəfdaşlığını götürüb. Həmin sistemlə yeni yaradılmış www.meqaplan.az veb-saytına keçib tanış ola bilərsiniz.

Parallel olaraq, böyük şirkətlərlə digər maraqlı məhsullar üzrə əməkdaşlıq etmək üçün danışıqlar aparırıq. Gördüyünüz kimi, daima hərəkətdəyik – yalnız irəli!

- Rəqəmsal həllərin yaradılmasında əsas trend nədir?

- Həm şirkətlərin, həm də fərdi investorların İT-startaplar və mobil tətbiqlərəmarağı artır. Korporativ sektor daha çox mobil həllərə ehtiyacı olmasını artıq tamamilə dərk edib. Saytlara kompyuterlərdən keçidlərin sayı hər il azalır, telefon və planşetlərdən isə sürətlə artır. Bu, çox böyük məna daşıyır. Buna misal olaraq – Bakcell üçün Ulduzum və Rouminq tətbiqlərini göstərmək olar.

Azərbaycan əhalisi, həmçinin, ödəniş tətbiqlərinə böyük maraqla yanaşır. Hal-hazırda agentlik bu cür layihələrin də üstündə işləyir. Ən birinci bankinq tətbiqlərindən biri kimi Albalı+ misal çəkə bilərəm.

Fərdi sahibkarlara gəldikdə isə, kafe, kimyəvi təmizləmə, avtomobil yuyulma məntəqələri kimi biznes növləri onların gözləntilərini doğrultmayıb. Gələcək İT-startaplardadır! Qeyd etmək istərdim ki, söhbət indiki Azərbaycanın reallığı çərçivəsində həyata keçiriləcək biznesə yönəldilmiş strartaplardan gedir. Bu cür layihələri biz, uğurlu biznes modellə yaradırıq.

Cəmi 30 min manat sərmayə qoymaqla, ayda 3 min manat (bəlkə də, çox) təmiz gəlir gətirəcək kiçik biznesə başlamaq olar. Və, misal üçün, daşınmaz əmlakla müqayisə etdikdə, bu cür investisiya daha sərfəlidir.

- Bəs müştərilərinizin artıq mövcud olan layihələrini inkişaf etdirib dəstəkləyirsinizmi?

- Bəli. Bu cür layihələr qismində adətən müştərilərimizin böyük komandaları yaratdığı sayt və mobil tətbiqlər olur. Lakin, buna baxmayaraq, bu məhsullar əksər hallarda gözlənilən nəticəni vermir. Bunun səbəbini biz səhv inkişaf strategiyasında görürük. Belə ki, biz məhsulu təzələyib olan istifadəçiləri saxlamaq və yenilərini cəlb etmək məqsədilə fərdi strategiya tərtib edirik. Bu səbəbdən də müştərilərimiz bizə həmişə etibar edir – biz isə buna sevinirik. (gülümsəyir)

- Sizin agentlik Azərbaycanda fəaliyyət göstərən digər agentliklərdən nə ilə fərqlənir?

- “SAFAROFF” agentliyi müştərilərə gəlir gətirən layihələr yaradır. Biz, dünya iqtisadiyyatının bugünkü reallığını nəzərə alaraq, müsabiqələrdən heykəlcik və fəxri diplomlar qazanmaq üçün işləməyə əhəmiyyət vermirik. Lakin heykəlcik və diplomlarımız var. (gülümsəyir)

Müxtəlif biznes nümayəndələri bizim agentliyə aktiv müraciət edir, biz isə, öz növbəmizdə, onların problemlərini aradan qaldıracaq və satışlarını artıracaq həll yolları təklif edirik. Biz, müştərilər üçün işləyirik, mükafatlar üçün deyil. Zənnimizcə, müştərimizin mənfəəti üçün işləmək münsiflərdən tərif üçün işləməkdən daha effektivdir. (gülümsəyir)

  • Düzgün anladımsa, siz, В2В (Business to Business) sahəsində aktiv işləyirsiniz. Bəs şirkətlər üçün deyil, sadə istifadəçilər üçün nəzərdə tutulmuş layihələriniz varmı?

- Təbii ki. “Baku ATM” və “Baku Airport” mobil tətbiqlərimiz istifadəçilər arasında çox məşhurdur. Yeri gəlmişkən, yaxın zaman ərzində biz, həmin proqramların funksional və interfeys üzrə qat-qat üstün olan yeni versiyalarını istifadəyə verəcəyik. İnsanların həyatını asanlaşdıracaq bir sıra maraqlı tətbiqlərin yaradılmasını da bu ilə nəzərdə tutmuşuq.

Həmçinin, paytaxtın aparıcı restoranlarında masaların rezervasiyası üçün həyata keçiriləcək böyük layihəni təqdim edəcəyik. Artıq istifadəçilər tək yeri rezervasiya etmək deyil, həmçinin, konkret masanı seçmək imkanına malik olacaq.

Bundan əlavə, bu yaxınlarda biz, yeni SOLD.az elanlar lövhəsini istifadəyə vermişik. Bu, analoqlarından sadə və aydın interfeysi ilə seçilən elanlar saytıdır. Eyni zamanda, Android və iOS platformaları üçün mobil tətbiqlərini də hazırlamışıq. Ümumilikdə, mobil tətbiqlər istifadəçilərinin sayı veb-saytı üstələyib və daha böyük artıma doğru gedir. SOLD.az Instagramda online-bizneslə məşğul olan auditoriya üçün nəzərdə tutularaq, həmin insanların fəaliyyətinə dəstək olmaq məqsədini daşıyır. Onu da qeyd etmək istərdim ki, bu layihə üçün biz həm də mobil tətbiqlər yaratdıq. Bir sözlə, SOLD.az sosial şəbəkələr prinsipinə əsaslanan unikal layihədir.

Əlavə olaraq, Azerfon (NAR) ilə birgə yaradılmış Nar Walk adlı maraqlı layihədən danışmaq istərdim. İdeya sadədir: istifadəçi müəyyən məsafə qət edərək, müxtəlif bonus və hədiyyələr qazanır. Nar Walk sağlam həyat tərzi sürməyə əlavə stimul verdiyinə görə bu layihənin cəmiyyətin böyük marağına səbəb olduğunu vurğulamaq istərdim. NarWalk mobil tətbiqi haqqında daha ətraflı məlumat almaq üçün bu veb-sayta, zəhmət olmasa, keçin - https://narwalk.com.

  • Söhbətimizin sonunda sizdən, nə vaxtsa sizin kimi öz işinə başlayanlara bir neçə məsləhət verməyinizi xahiş etmək istərdim.

- Xəyallarınıza inanın, mübarizə aparın və geri çəkilməyin. Bu dünyada hər şey realdır! Uğursuzluqlar yalnız ruhunuzu möhkəmləndirir və düzgün yolda olduğunuza işarə edir. Və mütləq işinizi sevin – qalan hər şey özü gələcək. Şəxsən yoxlamışam! (gülümsəyir)

SAFAROFF agentliyinin rəsmi Facebook səhifəsi - https://www.facebook.com/safaroffagency/

Paylaş:
2073

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər