Malena Mard: “Peşəkar texniki təhsil Azərbaycanda iqtisadi inkişafın əsasıdır” | 1news.az | Xəbərlər
Siyasət

Malena Mard: “Peşəkar texniki təhsil Azərbaycanda iqtisadi inkişafın əsasıdır”

11:51 - 12 / 02 / 2016
Malena Mard: “Peşəkar texniki təhsil Azərbaycanda iqtisadi inkişafın əsasıdır”

Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın son illərdə aparıcı sferası kimi təhsil sahəsi seçilib. Hər iki tərəf əmindir ki, təhsilli gənc nəsl ölkənin gələcək iqtisadi inkişafını təmin edə bilər.

Bu haqda jurnalistlərə müsahibəsində AB-nin Azərbaycan təmsilçiliyinin rəhbəri Malina Mard bildirib.

Əsas fokus nöqtəsi Azərbaycanda professional texniki təhlil səviyyəsinin yüksəldilməsidir. Bununla da ölkəni savadlı tətbiqi peşə sahibləri ilə təmin etmək mümkündür.

Avropa Birliyi Şərq tərəfdaşlığının elementlərindən biri kimi Azərbaycanda tətbiq olunacaq 3 illik proqram çərçivəsində peşəkar texniki təhsilin inkişafı üçün 19 milyon avro ayırıb.

Malena Mardın qeyd etdiyi kimi ali təhsil sahəsində də iş aparılır. Bu sahədə Tempus, Erasmus Mundus (Erasmus+) kimi proqramlar fəaliyyət göstərir. Diplomatın sözlərinə görə, Azərbaycanda bu proqramlarda fəal iştirakçılardandır.

Bundan əlavə Avropa İttifaqı Azərbaycanda məktəbəqədər təhsilin geniş tətbiqi məsələsini də dəstəkləyəcək. Bu hökümətin əsas vəzifələrindən biridir.

Malena Mardın sözlərinə görə, məktəbəqədər təhsil şagirdlərin məktəb proqramına hazırlıqlı olması üçün əhəmiyyətli olduğu kimi, gənc anaların əmək bazarında özünü reallaşdırılmasına yardım edəcək.

1news.az

Paylaş:
1220

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər