Robert Sekuta: "Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün səylər göstərilib" | 1news.az | Xəbərlər
Siyasət

Robert Sekuta: "Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün səylər göstərilib"

22:15 - 15 / 02 / 2016
Robert Sekuta: "Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün səylər göstərilib"

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland və konqresmen Adam Şiffin AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində xüsusi rol oynamaları ilə bağlı məsələyə münasibət bildirib.

1news.az Report-a istinadla xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında ABŞ-da 435 konqresmen və 100 senatorun olduğunu, onların hər birinin də öz fikrini ifadə etmək hüququnun olduğunu bildirib.

Sekuta konqresmen Adam Şiffin dedikləri barədə tam məlumatlı olmadığını, lakin Nulandın azad və sülh içində olan Avropa görmək istiqamətində səy göstərdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir bildirən səfir qeyd edib ki, mən danışıqlara bilavasitə aidiyyəti olmayan şəxsəm, lakin bir vacib məqamın olduğunu düşünürəm. ATƏT-in Minsk qrupu kimi iki tərəf arasında davamlı sülhün əldə olunması istiqamətində fəaliyyət göstərən bir qurum var.

Səfir ümid etdiyini bildirib ki, bu məsələ sülh yolu ilə öz həllini tapacaq.

Robert Sekuta son vaxtlar Rusiya və Türkiyə arasında yaranan gərginliklə bağlı da fikirlərini bildirib. Səfir xatırladıb ki, Türkiyə NATO çərçivəsində ABŞ-ın tərəfdaşıdır. Eyni zamanda Rusiya da dünyada baş verən proseslərdə müəyyən rol oynayır.

"Gərginliyin azaldılması üçün müəyyən səylər də göstərilib", - deyə o bildirib.

Xatırladaq ki, amerikalı konqresmen Adam Şiff "Horizon Life" verilişində Ermənistanın "Asbarez" qəzetinin redaktoru Ara Xaçatryana müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində xüsusi rol oynadığını bildirmişdi.

1news.az

Paylaş:
785

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər