Vyanada Azərbaycan-Avstriya ikitərəfli əlaqələri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Vyanada Azərbaycan-Avstriya ikitərəfli əlaqələri müzakirə olunub

23:08 - 15 / 02 / 2016
Vyanada Azərbaycan-Avstriya ikitərəfli əlaqələri müzakirə olunub

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Azərbaycanın Avstriyadakı səfirliyindən bildiriblər ki, Avstriyanın Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin baş katibi Mixael Linhartla görüşdə ölkələrimiz arasında əməkdaşlığın siyasi və siyasi-təhlükəsizlik aspektləri, Dağlıq Qarabağ münaqişəsi, Ukrayna və Yaxın Şərqdə vəziyyət, miqrant problemi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb. İki ölkənin ərazi, əhali və strateji vəziyyəti ilə bağlı oxşarlıqlar nəzərə alınmaqla ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın mövcudluğu vurğulanıb.

Avstriya parlamentinin birinci vitse-spikeri Karlhaynts Kopfla görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, dostluq qrupları arasında əməkdaşlıq mövzuları müzakirə edilib. Görüşdə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti xüsusilə qeyd olunub.

Avstriyanın Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin təhlükəsizlik siyasəti idarəsinin rəhbəri Qerhard Yandl ilə görüşdə ümumi siyasi və təhlükəsizlik siyasəti, xüsusilə bitərəflik, qoşulmamaq siyasəti ilə bağlı məsələlərdən bəhs edilib.

AZƏRTAC

Paylaş:
902

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər