Araz Əzimov: Azərbaycan Avropa İttifaqına daxil olmaq istəmir | 1news.az | Xəbərlər
Siyasət

Araz Əzimov: Azərbaycan Avropa İttifaqına daxil olmaq istəmir

22:45 - 16 / 02 / 2016
Araz Əzimov: Azərbaycan Avropa İttifaqına daxil olmaq istəmir

Avropa İttifaqı ilə saziş müddəti başa çatan Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan yenidən üzvlüyə daxil olmaq istəmir.

Bu haqda Avstriyanın "Die Presse" nüfuzlu nəşrinə müsahibəsi zamanı xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Avropa İttifaqı ilə birlik haqqında razılıq konsepsiyası bizə görə deyil. Ukrayna və Gürcüstan kimi üzvlük istiqamətində addım atan ölkələr üçündür. Biz isə bunu istəmirik",- nazir müavini deyib.

O, qeyd edib ki, eyni konsepsiyanı irəli sürərək onu müxtəlif ölkələrə təklif etmək olmaz.

"Müxtəlif ölkələrə eyni şeylər təqdim oluna bilməz. Mən Avropa İttifaqının sonsuz genişlənməsinin effektivliyinə inanmıram. "hamı üçün eyni model" müarı artıq işə yaramır. Bizim öz üstünlüklərimiz, özünəməxsus vəziyyətimiz var", -deyə ,Əzizov qeyd edib.

O, qeyd edib ki, Azərbaycan çarəsiz, yaxud kimdənsə asılı vəziyyətdə deyil.

"Biz Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəyirik. Xarici işlər naziri Elmar Məmmədyarov Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd təqdim edib. İndi top Brüsseldədir",- deyən nazir müavini qeyd edib ki, fevralın sonunda Bakıya xarici işlər və təhlükəsizlik siyasəti üzrə  Avropa İttifaqının yüksək təmsilçisi Federika Mogerini gələcək.

1news.az

 

Paylaş:
851

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər