Ştaynmayer: “Ermənistan və Azərbaycan sərhəddində təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur” | 1news.az | Xəbərlər
Siyasət

Ştaynmayer: “Ermənistan və Azərbaycan sərhəddində təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur”

12:23 - 16 / 02 / 2016
Ştaynmayer: “Ermənistan və Azərbaycan sərhəddində təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur”

Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır.

1news.az-ın məlumatına görə, bunu “İnterfaks”a müsahibəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

O bildirib: “Sözün düzü bu münaqişələrin dondurulmuş adlandırılması ilə barışmaq istəməzdim. İldən-ilə onlardan insanlar əziyyət çəkir, müvafiq regionların inkişafı ləngiyir. Kiçik, lakin konkret addımlarla atəşkəs rejimini stabilləşdirməyi, etimadı möhkəmləndirməyi və yerlərdə insanların gündəlik həyatını yüngülləşdirməyi - məsələn, iqtisadi mübadilənin gücləndirilməsi yolu ilə - planlaşdırırıq”.

XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında sərhəddə təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur: “Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır”.

O əlavə edib ki, atəşkəs rejiminin pozulması şəraitini araşdırmaq üçün mexanizmin yaradılması vacib addım ola bilərdi.

1news.az

 

Paylaş:
731

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər