Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Tbilisidə görüşəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Tbilisidə görüşəcəklər

15:47 - 17 / 02 / 2016
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Tbilisidə görüşəcəklər

Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri fevralın 19-da Tbilisidə görüşəcəklər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə üç ölkə arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər irimiqyaslı layihələrin həyata keçirilməsi, regionda və dünyada baş verən proseslər və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Nazirlər, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə maraqlanacaq, tikinti işləri gedən ərazilərə baxış keçirəcəklər.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Gürcüstanda olub və gürcü həmkarı Mixail Canalidze ilə görüşüb. Görüşdə Gürcüstan-Türkiyə ikitərəfli və Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığının perspektivləri, regional layihələr və digər məsələlər müzakirə edilib.

Onu da bildirək ki, M.Çavuşoğlu Tbilisidən Azərbaycana səfər edəcək.

1news.az

Paylaş:
610

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər