Alman xəbər portalları Dağlıq Qarabağ haqqında məqalələr dərc ediblər | 1news.az | Xəbərlər
Siyasət

Alman xəbər portalları Dağlıq Qarabağ haqqında məqalələr dərc ediblər

09:57 - 17 / 02 / 2016
Alman xəbər portalları Dağlıq Qarabağ haqqında məqalələr dərc ediblər

Almaniyanın “Eurasianews” xəbər portalında “Münaqişənin donu əriyir: Dağlıq Qarabağ növbəti Suriya olacaqmı?”, “Russia Today Deutsch” xəbər portalında isə “Münaqişənin donu əriyir: Dağlıq Qarabağda növbəti təmsilçilik müharibəsi təhlükəsi varmı?” başlıqlı məqalələr dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, beynəlxalq və regional güclərin münaqişəyə dair mövqeləri təhlil edilir.

Məlumat verilir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək cəhdi ilə başlayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. Yüz minlərlə azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Münaqişənin həlli üçün beynəlxalq diplomatik səylər heç bir nəticə vermir. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə üstünlük versə də, hərb yolunu da istisna etmir.

Bu mövzuda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevdən sitat gətirilir: “Əgər bu yol tezliklə nəticə verməzsə, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında olan səbrini itirə bilər. Azərbaycan silahlı qüvvələri istənilən provokasiyanın qarşısını almağa hazırdır. Bizim işğal altındakı ərazilərin qaytarılması üçün hərbi imkanlarımız var.

Biz güc tətbiqindən istifadə etmək istəmirik, lakin bizim səbrimizin müəyyən bir ana qədər həddi vardır. Ermənistanın işğal etdiyi ərazilərin qaytarılması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin müasir silah sistemləri ilə təchiz olunması üçün böyük miqdarda vəsait ayrılır.” O da vurğulanır ki, Hikmət Hacıyev Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsi üçün zamanın yetişdiyini düşünür.

Azərbaycan tərəfini təmsil edən digər şəxslərdən də sitatlar verilib:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əgər münaqişənin sülh yolu ilə həlli tapılmazsa, o zaman müharibənin baş verməsi üçün real təhlükə yaranır. Bundan böyük təhlükə isə odur ki, münaqişə daha da böyüyərək bütün regionu əhatə edir”.

Milli Məclisin deputatı Azay Quliyev: “Beynəlxalq ictimaiyyətin bizim ərazi bütövlüyümüz və suverenliyimizin pozulmasına görə Ermənistana sanksiyalar tətbiq edə bilməməsi bizim səbrimizi tükədir. Çünki bu bizim BMT, Avropa Şurası, ATƏT və Avropa Parlamenti tərəfindən tanınan sərhədlərimizə etinasızlıqdır”.

Müxalifət partiyası olan “Bütöv Azərbaycan Xalq Cəbhəsi” partiyasının sədr müavini Elçin Mirzəbəyli: “Status kvonun qeyri-müddətədək saxlanılması qəbuledilməzdir.”

Azərbaycanın 2010-2015-ci illərdə hərbi imkanlarının təkmilləşdirilməsi üçün 20 milyard dollar vəsait sərf etdiyi, bu istiqamətdə onun üçün qardaş ölkə olan Türkiyə ilə, eləcə də İsraillə fəal əməkdaşlıq etdiyi bildirilir. Qeyd olunur ki, hərbi imkanlarına görə Azərbaycandan çox geridə qalan Ermənistan bu geriliyi Rusiya ilə hərbi əməkdaşlıq vasitəsilə kompensasiya etməyə çalışır.

Bundan başqa, Rusiyanın Ermənistanda iki hərbi bazası və beş min əsgəri olduğu, hərbi vasitələri bu ölkəyə aşağı qiymətə və ya havayı çatdırması, o cümlədən Rusiyanın Ermənistanla mövcud təhlükəsizlik müttəfiqliyini genişləndirmək planları, hava hücumundan vahid müdafiə sisteminin yaradılması, eləcə də rus hərbçilərinin Dağlıq Qarabağdakı hava limanından antiterror təlimlərinin keçirilməsi üçün istifadə etmək niyyəti barədə dolaşan xəbərlər haqqında məlumat verilir.

Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verdiyi vurğulanır. Eyni zamanda, ABŞ-ın da Türkiyə kimi Qafqaz regionuna böyük diqqət yetirdiyi diqqətə çatdırılır. Bildirilir ki, ABŞ hərbi donanmasının yüksək rütbəli zabitləri Bakıda səfərdə olublar. ABŞ-ın başqa bir yüksək rütbəli rəsmisi xəbərdarlıq edib ki, bu münaqişə uzaq perspektivdə bütün regionu destabilləşdirə, Suriya və İraqdakı vətəndaş müharibələrinin ardınca Yaxın Şərqi növbəti dəfə xaosa sürükləyə bilər.

1news.az

Paylaş:
1136

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər