Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçiriləcək

10:40 - 17 / 02 / 2016
Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Rumıniya səfirliyi NATO-nun Azərbaycandakı koordinatoru mandatı çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturayla görüş keçirib.

1news.az Report-a istinadla xəbər verir ki, tədbirdə səfirlər, NATO-ya üzv ölkələrin Bakıdakı hərbi attaşeləri iştirak edib.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu NATO ilə Azərbaycan arasındakı münasibətlərin inkişafının strateji əhəmiyyətini vurğulayıb.

D.Çobanu bildirib ki, martın 7-də Rumıniya səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə Bakıda "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

C.Appaturay NATO ilə Azərbaycan arasındakı əlaqələr haqqında ətraflı təqdimat mərasimi həyata keçirilib. O, Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq olduğunu vurğulayıb.

Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
684

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər