Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti Butros Butros-Qalinin vəfatı ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti Butros Butros-Qalinin vəfatı ilə bağlı açıqlama yayıb

22:49 - 17 / 02 / 2016
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti Butros Butros-Qalinin vəfatı ilə bağlı açıqlama yayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyəti BMT-nin sabiq Baş katibi, Mərkəzin fəxri üzvü Butros Butros-Qalinin vəfatı ilə əlaqədar xüsusi açıqlama yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, açıqlamada NGBM təsis olunduğu gündən  Mərkəzə daim dəstək olan Butros Butros-Qalinin Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına, həmçinin, dünyada sülhün bərqərar olunmasına mühüm töhfələr verdiyi qeyd olunub.

“Butros Butros-Qali həyatını daha ədalətli, stabil dünyanın qurulması, demokratikləşmə, qloballaşma və həmrəyliyinin gücləndirilməsi kimi idealların təbliğinə həsr etmişdi. O, dialoq və əməkdaşlığın yorulmaz vəkili, insan hüquqlarının və mədəni müxtəlifliyin müdafiəçisi idi”- deyə sənəddə vurğulanır.

Açıqlamada həmçinin bildirilir ki, Butros Butros-Qali dünyada sülhün bərqərar olmasına can atan görkəmli diplomat və intellektual idi. “O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, yaxın dostu olmuş, Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına öz böyük töhfələrini verib”.

Qeyd edək ki, Butros Butros-Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü olub, təşkilatın beynəlxalq əlaqələrinin genişlənməsinə daim dəstək verib. O, 2015-ci ildə Bakıda keçirilmiş III Qlobal Foruma xüsusi videomüraciət ünvanlamışdı.

2014-cü ilin sentyabrında Butros Butros-Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsis edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub.

1news.az

 

Paylaş:
549

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər