Prezident İlham Əliyev növbəti dəfə bütün erməni diplomatiyasını üstələdi
Münhen konfransı yüksək beynəlxalq statusuna görə Azərbaycan üçün həmişə xüsusi əhəmiyyətə malik olub.
Bunu Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.
Onun sözlərinə görə bu konfransda bir zamanlar Azərbaycan üçün böyük maraq kəsb edən erməni-türk protokolları məsələsi də nəzərdən keçirilib.
Xatırladaq ki, 12-14 fevral tarixində Almaniyada növbəti 52-ci təhlükəsizlik üzrə Münhen konfransı keçirlib. Konfransın 400-dən artıq iştirakçısı arsında dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirləri, siyasətçilər, alimlər və beynəlxalq təşkilatların nümayəndələri olub. Azərbaycanı Münhen konfransında Prezident İlham Əliyev təmsil edib.
Konfrans çərçivəsində beynəlxalq gündəmdə olan məsələlər- böhranlar, beynəlxalq təhlükəsizliyə bugünki və gələcək çağırışlar müzakirə olunub.
Mövzu ilə bağlı oxuyun:
Münhen konfransı: Prezident İlham Əliyevin səfərinə sözardı
Ekspert qeyd edib ki, Azərbaycan ilk dəfə deyil ki, Münhen konfransında iştirak edir. “Son illər ərzində qlobal əhəmiyyətli heç bir beynəlxalq tədbir bizim ölkəmizin iştirakı olmadan keçirilməyib”.
“Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilk növbəsə ondan xəbər verir ki, ölkəmiz dünyada beynəlxalq münasibətlərin və dünya siyasətinin mühüm subyektlərindən biri kimi qiymətləndirilir”.
Azərbaycanın fikri siyasi proseslər, qlobal iqtisadiyyat məsələrində dünya supergüclərinin maraq dairəsindədir. Vacib cəhətlərdən biri də odur ki, Prezident İlham Əliyev təkcə bu görüşlərdə iştirak etməklə kifayətlənmir, həm də regional münaqişələrlə, bügün dünya birliyini narahat edən məsələlərlə bağlı öz mövqeyini ifadə edir.
Bizim üçün vacib məsələdir ki, Münhen konfransı çərçivəsində, daha əvvəl London konfransında olduğu kimi , Prezident İlham Əliyev erməni işğalı məsələsinə toxunub, məsələ tədbir iştirakçıları tərəfindən anlayışla qarşılansa da, gözlənildiyi kimi erməni tərəfin narazılığına səbəb olub.
Mövzu ilə bağlı oxuyun:
İlham Əliyevin Londonda keçirilən Suriya üzrə konfransda iştirakı haqqında
Dövlət başçımız hər zaman olduğu kimi aydın ifadə edib ki, 20 ildən artıq zaman ərzində özgə əraziləri işğal altında saxlayan ölkənin təcridolunma və iqtisadi xaosdan çıxması üçün yeganə şansı Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunası ilə bağlıdır.
Kəskin lakin əsaslandırılmış tənqidi ilə Prezident Əliyev növbəti dəfə bütün erməni diplomatiyasını üstələdi. Növbəti dəfə erməni diplomatiyası fiaskoya uğradı və növbəti iflaqsı ,boş sözçülüyü ilə özünü rüsvay etdi”,- Sadıqov dedi.
Fikrini davam etdirən ekspert bildirib ki, Ermənistanda hakimiyyətdə olan qruplaşma çətin ki, bundan gərəkən nəticə çıxaracaq və nəhayətdə, doğru düşüncəyə gələcək.
Bu ölkədə Azərbaycanla konstruktiv dialoq aparmaq qəbul olunmur.
“Ermənistanda anlayırlar ki, Azərbaycanın artan hərbi gücü onlar üçün birbaşa təhdidə çevrilir, lakin hələ anlaya bilmirlər ki, Bakının səbrinin bir gün sonu gələcək və gec ya tez zamanı gecikdirilən mina onların çox yaxınında partlayacaq”,- deyə F. Sadıqov fikrini yekublaşdırıb.
Sonda politoloq qeyd edib ki, beynəlxalq səviyyədə qərb politoloqları tərəfindən irəli sürülən qətnamələr -əsasən AŞPA sessiyalarında ermənistanın təcavüzü və Azərbaycan ərazilərini işğalı faktının tənqidi Azərbaycan hakimiyyətinin doğru xarici siyasət istiqamətini tutmasına işarə edən ciddi diplomatik uğurdur.
1news.az