Ərdoğan Türkiyədə baş vermiş terror aktı ilə bağlı Bakıya səfərini təxirə saldı
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
1news.az-ın dövlət başçısını rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, o, Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcək.
Dövlətimizin başçısı Ankarada törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib.
Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.
President.az