Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunacaq

1news Redaksiyası12:26 - 18 / 02 / 2016
Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunacaq

Azərbaycan multikulturalizmini tədris edən xarici universitetlərin sayı getdikcə artır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu haqda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, bu günlərdə həmin universitetlərin sırasına Almaniyanın Auqsburq Universiteti də qoşulub.

Fevralın 8-12-də Almaniyanın Auqsburq Universitetində Azərbaycan multikulturalizmi üzrə intensiv kurs təşkil olunub. Kursu Auqsburq Universitetinin alman dili və ədəbiyyatı üzrə ixtisaslaşmış professoru Klaus Volf təşkil edib. Beş gün ərzində (hər gün saat 08:00-dan 19:00–dək) davam edən kursa universitetin filologiya və tarix fakültələrinin 10 tələbəsi qatılıb.

1news.az

Paylaş:
653

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər