İƏT: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi istiqamətindəki təşəbbüslərini dəstəkləyirik | 1news.az | Xəbərlər
Siyasət

İƏT: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi istiqamətindəki təşəbbüslərini dəstəkləyirik

00:57 - 19 / 02 / 2016
İƏT: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi istiqamətindəki təşəbbüslərini dəstəkləyirik

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibliyi Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərini tam dəstəkləyir”.

Bu barədə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində baş verib:

“Azərbaycanın Xocalı şəhərində baş vermiş qətliamın 24-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Ameen Mədəni 1992-ci ilin 26 fevral gecəsi həyatını itirənlərin xatirəsini yad edir. Baş katib 2015-ci ilin mayında İƏT Xarici İşlər Nazirləri Şurasının Küveytdə keçirilən 42-ci sessiyasında qətliamın pislənməsi ilə bağlı qətnaməsini xatırladaraq diqqətə çatdırır ki, Xocalı faciəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində baş verib. Baş katiblik Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki təşəbbüs və səylərinə tam dəstəyini ifadə edir”, - deyə məlumatda qeyd edilir.

APA

Paylaş:
767

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər