Azərbaycan diasporunun üzvləri Stokholmda Ermənistan səfirliyinin binası qarşısında aksiya keçiriblər - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diasporunun üzvləri Stokholmda Ermənistan səfirliyinin binası qarşısında aksiya keçiriblər - FOTO

14:47 - 21 / 02 / 2016
Azərbaycan diasporunun üzvləri Stokholmda Ermənistan səfirliyinin binası qarşısında aksiya keçiriblər - FOTO

İsveç Azərbaycanlıları Konqresinin üzvləri Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya İsveç cəmiyyətini 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdiyi qətliam barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

İştirakçılar bu soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və onu törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi tələbini irəli sürüblər. Əllərində Ermənistanın cinayətkar rəhbərliyini və bu dövlətin işğalçılıq siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutan aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımına dair məlumatların yer aldığı vərəqələr paylayıblar.

AZƏRTAC

Paylaş:
649

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər