ABŞ mətbuatında Xocalı soyqırımına dair məqalə dərc olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ mətbuatında Xocalı soyqırımına dair məqalə dərc olunub – FOTO

10:35 - 22 / 02 / 2016
ABŞ mətbuatında Xocalı soyqırımına dair məqalə dərc olunub – FOTO

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan “Jewish Journal” qəzetinin 19 fevral tarixli sayında Xocalı soyqırımına dair geniş məqalə dərc olunub.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən qələmə alınmış məqalə “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” başlığı daşıyır.

N.Ağayev məqalədə Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul, “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qətliamı” adlandırdığını bildirərək qeyd edir ki, bu gün Ermənistan prezidenti olan Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak etmişlər.

Diplomat vurğulayır ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Bu səpkidə, baş konsul Meksikadan Sloveniyaya, Bosniya Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edir. Həmçinin, müəllif, İsrail prezidenti R.Rivlinin 2015-ci ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı Xocalı soyqırımının Holokostdan sonra dünyanın qarşısını ala bilmədiyi soyqırımlarından biri olmasını qeyd etdiyini diqqətə çatdırır.

Baş konsul, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamasına diqqət çəkərək, bir milyona yaxın azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını qeyd edir.

Diplomat, Ermənistanın apardığı işğalçılıq nəticəsində Azərbaycana ciddi ziyan dəyməsinə baxmayaraq, ötən illər ərzində ölkəmizin inkişaf edərək, yerləşdiyi regionun ən böyük iqtisadiyyatına sahib olduğunu bildirir. Bunun müqabilində isə, Ermənistanın zəiflədiyni və xarici yardımlardan asılı duruma düşərək öz suverenliyini və müstəqilliyini faktiki olaraq itirdiyini, 1991-ci illə müqayisədə əhalisinin az qala yarısının daimi olaraq Ermənistanı tərk etdiyini vurğulayır.

N.Ağayev qeyd edir ki, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir. Diplomat, bu səpkidə, ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirir.

Qeyd edək ki, “Jewish Journal” qəzeti ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi nəşridir. Qəzetin internet versiyasının aylıq 4.5 milyon oxucusu var. 

Məqalə ilə bu link vasitəsilə tanış olmaq olar:

http://www.jewishjournal.com/opinion/article/remembering_the_innocent_victims_of_a_war_crime_in_khojaly

1news.az

Paylaş:
699

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər