Kaladze Bakıya gəlir
Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzefevralın 29-da Azərbaycana səfər edəcək.
1news.az-ın məlumatına görə, bu barədə Gürcüstan mətbuatının yaydığı xəvərdə qeyd olunub.
Ölkəmizə səfəri zamanı K.Kaladzenin bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənilir.
“Biz “Şahdəniz” yatağından əlavə həcmdə təbii qaz almaq üçün fəal şəkildə iş aparırıq. Nikbin əhval-ruhiyyədəyik və danışıqların müsbət nəticələnəcəyini düşünürük”- deyə, K.Kaladze qeyd edib.
Bir neçə gün əvvəl “Qazprom”un rəhbərliyi ilə Vyanada aparılan danışıqlarda hələlik heç bir konkret razılıq əldə edilmədiyini deyən Kaladze bu məsələnin bir neçə gün ərzində həll ediləcəyini ehtimal edir.
1news.az
661