Siyavuş Novruzov Parlamentin plenar iclasında bir sıra nazirlərin iştirak etməməsi ilə bağlı narazılığını bildirib
“Parlamentin bugünkü plenar iclasında kənd təsərrüfatı, təhsil və iqtisadiyyat nazirləri iştirak etməliydilər”.
1news.az-ın verdiyi xəbər görə, bu haqda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişiklikləri müzakirə edərkən keçirilən iclas zamanı bildirib.
Onun sözlərinə görə, əgər nazirlərdən hər hansı biri ezamiyyətdədirsə, o zaman iclasa onları təmsil edən nümayəndə gəlməlidir.
“Bugünkü iclasda dövlət büdcəsinə dəyişikliklə bağlı məsələlər müzakirə olundu. Bu gün respublikada hər kəs büdcə ilə maraqlanır. Hər kəsin, eləcə də mənim digər nazirlərə veriləcək suallarımız var. Bu nazirlərin müzakirələrdə iştirak etməməsi düzgün deyil”, - deyən S.Novruzov sözlərinə əlavə edib ki, iclasda yalnız maliyyə naziri Samir Şərifov iştirak edib.
S.Novruzov Parlamentin iclaslarına nazirlərin dəvət olunması ilə bağlı məsələ qaldırıb.
1news.az