Əliçəkicli “qəhrəman”. Nə üçün bəzilərimiz cinayətkara heyranlıq duyur? - VİDEO | 1news.az | Xəbərlər
Köşə

Əliçəkicli “qəhrəman”. Nə üçün bəzilərimiz cinayətkara heyranlıq duyur? - VİDEO

17:06 - 24 / 02 / 2016
Əliçəkicli “qəhrəman”. Nə üçün bəzilərimiz cinayətkara heyranlıq duyur? - VİDEO

Bu günlərdə hansısa bir şəxsin polis avtomobilini çəkiclə vurması xəbəri sosial şəbəkələrin hitinə çevrilib. Bunu hadisənin videogörüntüsünə baxmağa təmbəllik etməyən hər kəs gördü demək olar.

İndi isə olanlar haqqında ardıcıllıqla. 20 yanvar tarixində Şahin Bəylərov adında bir şəxs Bakı şəhəri Nərimanov rayonunda ( Heydər Əliyev Mərkəzinin yaxınlığı) Yol Polisinin patrul maşınına hücum edərək çəkiclə vurmağa başlayıb.

O, maşına hirslə, bilərəkdən və yeri nəzərə alaraq, maşının güzgülərinə, işarəetmə sistemi, faraları, sol şüşəsi və korpusuna güclü zərbələr endirib

 

Şərhsiz / 17.02.2016no comment / Baku, Azerbaijan Posted by Bizim Yol on Çərşənbə, 17 Fevral 2016

 

Cinayətkarlar yaxalandı. Dindirmə zamanı cinayətkar öz hərəkətlərini sərxoş olduğu və polis əməkdaşı tərəfindən deyilən sözün təsiri ilə izah edib.

Polislərin özü isə həmin şəxslə qətiyyən danışmadıqlarını söyləyir və onun səbəbsiz yerə maşına hücum etddiyini bildirirlər.

Müəyyənləşdi ki, Şahin Bəylərov ( 1974-cu il) daha əvvəl   qətllə əlaqədar 10 il azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra vətəndaşların evlərində fərdi təmir işi ilə məşğul olub və təmir alətlərini özü ilə cantada gəzdirirmiş.

Axtarış zamanı Bəylərovda 302.477 qram heroin aşkar edilib.

Yol patrul maşınına dəyən ziyan ümumilikdə 30 min manat həcmində qiymətləndirilir. Hal-hazırda hadisə ilə bağlı araşdırma aparılır, cinayətkar 4 ay müddətinə həbs olunub, ona bir neçə maddə üzrə ittiham oxunub.

Lakin qəribə olan görün nədir : cinayətkarın aqressiv davranışları sosial şəbələrədə təqdir olundu və alqışlandı. Sosial şəbəkələrdə şərh yazanların demək olar ki yarısı Bəylərovu dəstəkləyib, davranışını sanki qəhrəmanlıq kimi qiymətləndirib (???!)

Ola bilsin ki, bunun izahı var. Bəlkə də bir neçə izahı var.

Bir növ bu hadisə zamanı “neqativ refleks” işə düşüb.

Sirr deyil ki, uzun illər ərzində yol polisi sıralarındakı vicdansız müfəttişlər polis əməkdaşlarının imicinə mənfi təsir edib. Onıar üçün xidmət bir növ biznesə çevrilmişdi. Bu gün həmin hallar xeyli azalsa da, ictimai rəyi birmənalı olaraq dəyişmək təcrübədən göründüyü kimi hələ olduqca çətindir.

Bu illərlə davam edəcək əhatəli işdir, bunun üçün korrupsiyanın kökü kəsilməli, düşünülmüş piar strategiyası üzrə ictimaiyyətlə ciddi iş aparılmalı və ən əsası bu sahəyə mütəxəssislər dəvət olunmalıdır.

Böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də vətəndaşlarla qarşılıqlı əlaqə standartlarının tətnbiq olunmasıdır. Bir növ  biznes strukturda deyil, dövlət orqanlarında tətbiq edilən  “müştəri xidməti” (customer service) standatlarına bənzər olmalıdır.

Razılaşın ki, müşəttişin  qaraqabaq siması və qorxuducu səs tonu əvəzinə gülümsəməsi və hörmətlə “Siz” müraciəti yol polisi haqqında düşüncənizi dəyişə bilər.

Lakin ictimai rəyə bəraət qazandırmaq üçün dediklərimizdən asılı olmayaraq, qəhrəmanlığın belə təhrif olunmuş şərhinə görə məsuliyyəti  yalnız yol polisi müfəttişləri ilə neqativ ünsiyyətin üzərinə qoymaq doğru deyil.

Deyəsən bizim hamımıza nəsə olub, belə ki, xuliqanlıq hərəkətləri bir çoxlarında simpatiya yaradır. Bu nədir – səssiz etirazın bir növü? Məsuliyyətsizlik? Və ya hadisəni bəyənənlərin cahilliyi?

Hadisədən asılı olmayaraq bütün baş verənlərin məsuliyyəti bizlərin çiyinlərimizdədir.

Valideynlərin çiyinlərindədir (yeri gəlmişkən, bizim nəsildən olanların bir çoxu artıq valideyn olublar) hansılar ki, öz övladlarına “yaxşı” nədir, “pis” nədir anlayışını tərbiyə edə bilməyiblər. Sosial şəbəkələrdə çaşnaşma yaradanların çiyinlərindədir.

Bu məsələni anlamağa çalışmayanların çiyinlərindədir. Məsələn, yoldan ötən istənilən adamdan pul istəyəndə aldığı cavab görə Bəylərov kimi çəkiclə hücum edən məsələyə adekvat yanaşmayan, ən dəhşətlisi öldürə bilən insanların çiyinlərindədir.

Belə hadisə, özü də çəkiclə bağlı dəfələrlə baş verib.

Bəs bu hadisədə? Bu cür “qəhrəmana” da alqışlayarsız? Bəlkə düşünək, dəyməz...?

1news.az

Paylaş:
4740

Sizin üçün xəbərlər

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər