Elmar Məmmədyarov Moldovanın yeni səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Moldovanın yeni səfirini qəbul edib

21:27 - 24 / 02 / 2016
Elmar Məmmədyarov Moldovanın yeni səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib.

1news.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, G. Leuka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. O, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

1news.az

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər