Avropa Şurasının Parlament Assambleyasının sədri Bakıya gələcək | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurasının Parlament Assambleyasının sədri Bakıya gələcək

17:12 - 25 / 02 / 2016
Avropa Şurasının Parlament Assambleyasının sədri Bakıya gələcək

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədri, ispan deputat Pedro Aqramuntun Bakıya rəsmi səfəri gözlənilir.

1news.az-ın verdiyi xəbərə görə, Assambleyasının rəsmi saytında yerləşdirilən tədbirin proqramına əsasən səfər 29 fevral – 1 mart tarixlərində keçiriləcək.

Məlumatda səfərin məqsədi açıqlanmır. Lakin qeyd edək ki, Pedro Aqramuntun səfərinin tarixi ilə Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinə üzv iştirakçıların məsləhət iclasına təsadüf edir.

Elə həmin günlərdə Bakıda Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç də səfərdə olacaqlar.

Qeyd edək ki, 65 yaşlı Pedro Aqramuntyanvarda AŞPA-nın qış sessiyası zamanı sədr seçilmişdi. Bundan əlavə o, AŞPA-nın Azərbaycan üzrə Monitorinq komitəsinin həmməruzəçisi mövqeyindən çıxış edirdi.

1news.az

Paylaş:
898

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər