Ukraynada yaşayan azərbaycanlı gənclər dünyaya səsləndilər: Bəs hardadır ədalət? – VİDEO
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Xocalı soyqırımının 24-cü ildönümüylə bağlı videoçarx hazırlayıb.
1news.az-ın məlumatına görə, videoçarxda Xocalıda ermənilər tərəfindən vəhşisəcisə qətlə yetirilən uşaqların dilindən sözlər deyilib, qətliamın dəhşətləri fərqli formada təqdim edilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanın sözlərinə görə, videoçarxın hazırlanmasında məqsəd dünya icitmaiyyətini Xocalıda baş verən soyqırım aktı ilə bağlı məlumatlandırmaqdır.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub.
106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
1news.az