Ağdam 1992-ci il: Çexiyalı fotojurnalistin Dağlıq Qarabağ müharibəsi haqqında xatirələri - FOTO | 1news.az | Xəbərlər
Köşə

Ağdam 1992-ci il: Çexiyalı fotojurnalistin Dağlıq Qarabağ müharibəsi haqqında xatirələri - FOTO

18:30 - 26 / 02 / 2016
Ağdam 1992-ci il: Çexiyalı fotojurnalistin Dağlıq Qarabağ müharibəsi haqqında xatirələri - FOTO

Bu yaxınlarda Facebook sosial şəbəkəsində o qədər də gənc olmayan fotoqrafın qorxu və çaşqınlıq halında əlisilahlı Azərbaycanlı kişilərlə çəkilmiş fotosu yayılıb.

Aydın olub ki, fotodakı şəxs fotojurnalist Mixal Novotnı (Michal Novotny)18 yaşında olarkən Ağdama çəkiliş üçün gəldiyi zaman bu onun ilk ciddi fotoreportajı idi.

Fotoya yazılan əl yazısında qeyd olunur ki, şəkildəki əsgərlər bu kadrlardan bir neçə dəqiqə əvvəl onun həyatını xilas edib.

1news.az Mixal Novotnı ilə əlaqə saxladı . Agentliyin müxbiri ilə müsahibəsində o, Dağlıq Qarabağda açıq hərbi münaqişə zamanı xatirələrini bölüşüb. Bu hadisənin 24 il əvvəl baş verdiyinə, ondan sonra jurnalistin 70-dən çox ölkədə çalışdığına baxmayaraq bəzi anlar hələ də onun yaddaşına həkk olunub.

“Əksər qərb jurnalistləri Ermənistan mövqeyindən çıxış etdiyinə görə mən qərara gəldim ki, münaqişə zonasına gedim və digər tərəfdən ,Azərbaycan tərəfindən mənzərənin necə göründüyünü fotokadrlara göçürüm”-  Mixal Novotnı deyib.

Həmin illərdə o, peşəkar jurnalistika sahəsdində ilk addımlarını atırdı. Ağdama qədər Mixal təkcə keçmiş Yuqoslaviyada olmuşdu. Burada o, Serbiya və Xorvatiya sərhəddindəki münaqişəni fotolarını çəkmişdi.

Praqadan Bakıya qədər bütün yol xərclərini Mixal özü ödəyib. Hazırladığı fotoreportaja dörə aldığı haqq yola gedən xərcdən çox olmasına baxmayaraq o çox xoşbəxt və qürurlu idi ki, çekdiyi fotolar o dövrün tanınmış nəşrlərindən olan Çexiyanın “Respekt” jurnalında çap olunub. 

Mixal Novotnı qafqaz qonaqpərvərliyini də xatırladı: “Praqan Bakıya qatarla gəldim (Moskvadan) İlk dəfə olaraq mən burada hiss etdim ki, inanılmaz qafqaz qonaqpərvərliyi nə deməkdir. Mənil yol yoldaşım olan azərbaycanlılar yol boyu qayğıma qalırdılar, sonra isə bir nəcə günlük Bakıya qonaq dəvət etdilər”.

“Mən Azərbaycanda sözün hərfi mənasında bir rubl da xərcləmədim. Yerli əhali və əsgərlər daim mənə yemək və qalacaq yer təklif edirdilər”, - deyə jurnalist xatırlayır.

 Bvakıdan Ağdama 18 yaşlı Mixal avtobusla gəldi. Burada o Azərbaycan Milli Ordusunun əsgərləri ilə bir necə gün cəbhə bölgəsində oldu. Bu müddət ərzində onlar bir neçə dəfə cəbhə xəttinə yaxınlaşıb və yaxınlıqdakı erməni kəndlərindən atılan güllələrlə qarşılaşıblar.

Mixal Novotnının qeyd etdiyinə görə,  AĞDAMI SEVİRİK səhifəsində yerləşdirilən foto növbəti atışmadan sonra çəkilmişdi. Mixal xatırlayır ki, Azərbaycan əsgərləri bu foto çəkilməmişdən bir neçə dəqiqə əvvəl onu ölümdən xilas etmişdi.

Xocalıda baş verən faciə zamanı Ağdamda idim. Könüllülər ölən insanların meyitlərini Ağdam məscidinə, yaralıları isə şəhər xəstəxanasına gətirdilər. Sağ qalanlar arasında uşaqlar və yaşlı insanlar da var idi. Şəhərdə vəziyyət çox emosional idi”- deyə, fotoqraf xatırlayır.

“Təəssüf ki, həmin illərdə mən təcrübəsiz jurnalist idim. Lakin xatırlayıram ki, Xocalı qırğınında sağ qalanlar sovet ordusunun 366-cı motoatıcı alayının hücuma keçməsindən danışırdılar”- deyə, o, əlavə edir.

Gecə baş verən atışmaların birində insanlar şəhərdən qaçmağa başladılar, Mixail Novotnı xatırlayır: “Mən yük maşımına tullandım. Bundan başqa Xocalı qırğınından sağ çıxan insanları da maşına yığıb şəhəri tərk etdik”.

Son belə səfərlərin birində çexiyalı jurnalist yenidən Azərbaycanda olur. 2015-ci ilin yayında etdiyi səfər zamanı o, artıq bura World Press Photo, Best of photojournalism kimi nüfuzlu mükafatların sahibi olan təcrübəli bir jurnalist kimi gəlir. Səfərinin məqsədi isə Azərbaycanda dini tolerantlıq mövzusunda fotoreportaj hazırlamaq olur:

“Bu ölkə və burada hökm sürən tolerantlıq, müsəlmansünni və şiələrin, pravoslav xristianların, molokanların və yəhudilərin birgə sülh şəraitdə yaşamaları məni heyran etdi. Bu, bütün dünya üçün yaxşı nümunə olmağa layiqdir”.

Fotoqraf qeyd edir ki, dövlət təşkilatları və yaxud şəxsi şirkətlər sifarişçi tapmağa kömək etsəydi Azərbaycanda dini tolerantlıq mövzusunda işləməyə şad olardı.

Məqalədə yer alan bütün fotoların müəllifi Mixail Novotnıdır.

Azərbaycanda dini tolerantlıq mövzusunda çəkilmiş bütün fotolara materialın sonunda və fotoqrafın şəxsi saytında tanış ola bilərsiniz.

1news.az

Paylaş:
7224

Sizin üçün xəbərlər

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər