Türkiyə XİN-i Ermənistan Respublikasını Xocalı qətliamını törətməkdə ittiham etdi
“Ermənistan tərəfindən 1992-ci ilin fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində həyata keçirilən silahlı hücum nəticəsində 106 qadın, 63 uşaq və 70 nəfəri isə qoca olmaq şərtilə qətliam həyata keçirilib. Bu qətliam nəticəsində 76 uşaq və 487 nəfər yaralanıb, 1275 nəfər isə erməni qəsbkarları tərəfindən əsir götürülüb”.
1news.az-ın verdiyi xəbərə görə, bu gün Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı rəsmi bəyanat verib.
Bəyanatda qeyd olunur:
“O vaxtdan bəri 150 nəfər itkin düşmüş vətəndaşlar haqda heç bir məlumat yoxdur. Bu, dinc əhaliyə qarşı irəli sürülmüş insanlığa sığmayan qətliamdır. İndiyədək Azərbaycan torpaqlarının 20%-i hələ də düşmən tapdağı altındadır. Bir milyondan artıq insan öz doğma yurd-yuvalarından didərgin düşərək hələ də qaçqın həyatı yaşayırlar.
Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 24 il əvvəl Xocalıda baş vermiş bu faciəni hər zaman paylaşır, onların dərdlərinə şərik oluruq. Ermənistanın həyata keçirdiyi bu qətliamı və Azərbaycan torpaqlarının illərdir ki, işğal altında saxlamasını şiddətlə qınayırıq.
Beynəlxalq müstəvidə hələ də lazımi yerə layiq görülməyən bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Bütün azərbaycanlı qardaşlarımıza dərin hüznlə başsağlığı veririk, qətliamda həlak olanların ruhları qarşısında etiramla baş əyirik”.
1news.az