Serj Sarkisyanın səmimi etirafı: “Bəli, Ermənistan SQ-nın əsgərləri işğal olunmuş Qarabağda xidmət edirlər” – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Serj Sarkisyanın səmimi etirafı: “Bəli, Ermənistan SQ-nın əsgərləri işğal olunmuş Qarabağda xidmət edirlər” – VİDEO

20:00 - 14 / 04 / 2016
Serj Sarkisyanın səmimi etirafı: “Bəli, Ermənistan SQ-nın əsgərləri işğal olunmuş Qarabağda xidmət edirlər” – VİDEO

Bu günlərdə Facebook-un azərbaycanlı istifadəçilərindən biri İrəvanda 2001-ci ildə keçirilmiş mətbuat konfransını əks etdiriən video paylaşıb. Həmin videoda Ermənistanın hazırki prezidenti, o zamanlar isə müdafiə naziri Serj Sarkisyan etiraf edir ki, erməni əsgərləri həqiqətən də işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi xidmət edirlər.

Azərbaycanlı jurnalist Murad Hüseynovun müəyyən suallarına Ermənistanın müdafiə naziri S.Sarkisyan tamamilə zidd cavablar verir. Lakin ya qeyri-peşəkarlıqdan, ya da jurnalistin təkidindən irəli gələrək Sarkisyan həqiqəti üzə çıxarır. O, bildirir ki, erməni əsgərlərinin Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionunda xidmət etmələrinin heç də əlehinə deyil.

Aşağıda söhbətdən bir hissə təqdim edirik:

M.Hüseynov: Həmkarımın sualını cavablandırarkən qeyd etdiniz ki, Ermənistan vətəndaşlarının heç kəs tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda hərbi xidmət etmələrinin əlehinə deyilsiniz. Bu, sizin ölkənin vətəndaşarının separatçı qüvvələri dəstəkləməsinin “lehinə”  olduğunu göstərirmi?  […] Onlara orada hansı müddətə xidmət edəcəklər?

Sarkisyan: Mən tam rəqəmləri deyə bilmərəm ki, onlar orada nə qədər xidmət göstərəcək. Lakin hər halda, onlar orada hazırki mövqelər buna imkan verənə qədər xidmət edə bilərlər.

M.Hüseynov: Bu nədir, hərbi sirrdir?

Sarkisyan: Mənə dəqiq məlum deyil, biz hesablamırıq.

M.Hüseynov: Axı bu sizin vətəndaşlardır...

Sarkisyan: Doğrudur. Bəs siz Rusiyada xidmət edən bütün əsgələrinizin statistikasını bilirsiniz?

M.Hüseynov: Mən çox üzr istəyirəm, Rusiya vətəndaşı olmayan şəxs onun ərazisində də xidmət edə bilməz.

Sarkisyan: Siz çox hazırlanmış gəncsiniz...

Bu kiçik, lakin maraqlı dialoqun hansı şəraitdə baş verdiyini bilmək üçün müstəqil jurnalist Murad Hüseynovla əlaqə saxladıq.

O, da 1news.az-a müsahibəsində bunları bildirdi:

Hüseynovun sözlərinə görə, 2001-ci ildə bir qrup azərbaycanlı jurnalist ATƏT, Azərbaycan XİN və Ermənistan XİN-in xətti ilə iki ölkə arasında körpü yaratmaq məqsədilə İrəvanda keçirilən proqram çərçivəsində olublar.  

“Ümumi olaraq müxtəlif KİV-dən olan nümayəndələrdən 15 jurnalist Azərbaycan nümayəndəliyin tərkibinə daxil idi. O vaxtlar mən “Lider” telekanalında xəbələr xidmətinin redaktor müavini idim.

Proqramın gündəliyi olduqca zəngin idi. Biz Ermənistanın XİN və parlamentində, Elmlər Akademiyasında olduq, İctimai Təşkilatların nümayəndələri ilə danışdıq. Ümumilikdə fikir mübadiləsi kifayət qədər müsbət məcrada aparıldı.  

Sarkisyanla mətbuat konfransı (həmin vaxt o, Ermənistanın  Milli Təhlükəsizlik Şurasını katibi və müdafiə naziri idi) çox gərgin şəraitdə keçdi. Belə ki, o, bizim jurnalistlərin suallarına kinayəli və laqeyid cavab verirdi. Eyni cümlələri təkrar edirdi: “Əgər sən belə düşünürsənsə, bu, sənin işindir, bu sözləri özündə saxla və bunu beynəlxalq ictimaiyyətə yayma.

Bununla yanaşı, zalda atmosfer gərginləşirdi, tez-tez erməni zabitlər təhdidedici sifətlə bizə yaxınlaşırdılar, “qalib-qəhrəman” Sarkisyana sual verməyə maneçilik törədirdilər”, - həmkarımız bildirir.  

Hüseynovun fukrincə, mətbuat konfransı zamanı ciddi hadisələrin yaranmaması əsasən də, ATƏT-in fəaliyyətdə olan nümayəndəsi Anjey Kaspşikin xidmətidir. O, demək olar ki, Sarkisyanın yanında əyləşmişdi.

“Mən Sarkisyana sual verəndə aydın görünürdü ki, o həyəcanlanır, cavabdan qaçmağa çalışır. Sarkisyanla 10 dəqiqəlik dialoq zamanı mənə bir neçə dəfə erməni zabitləri yaxınlaşdılar. Lakin mən ətrafda olanlara əhəmiyyət vermirdim.

Düşünürəm ki, mətbuat konfransı zamanı gərginliyi ATƏT nümayəndələri də hiss etdilər. Buna görə də elə həmin gün qəfildən proqramı (baxmayaraq ki, biz İrəvanda bir gün də qalmalı idik) dəyişərək bizi aeroporta gətirdilər və Bakıya yola saldılar”, - Hüseynov dedi.

Maraqlısı odur ki, həmkarımız o vaxtkı xarici işlər naziri Vardan Oskanyan və Sarkisyanın aqressivliyini xüsusi vurğulayıb.

Xatırladaq ki, qondarma “Dağlıq Qarabağın müdafiə ordusu” guya ki, burada xidmət edən ermənilər bu ərazilərdə yaşayan vətəndaşlardır əfsanəsi 2016-cı ilin aprelində dörd gün davam edən müharibə zamanı puç oldu. Sən demə Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıda faktiki olaraq Dağlıq Qarabağda yaşayan erməni yoxdur.  

Bununla əlaqədar olaraq yaxın günlərdə məşhur rus alimi, siyasi analitik, tarix elmləri nazmizədi Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi nöqteyi-nəzərindən hüquqi qiymət verdi.

Alim həmin an həlak olan 57 nəfərin (həmin vaxt Ermənistan Müdafiə Nazirliyi bu qədər rəqəm təqdim etmişdi) hamısı Ermənistan vətəndaşları olması faktını aydınlaşdırdı:

 “Əgər Ermənistan Dağlıq Qarabağı tanımayıbsa, o zaman sual olunur: Ermənistan vətəndaşlarının tanımadıqları digər ölkənin ərazisində nə edirlər?”

Onun sözlərinə görə, Rusiya Federasiyasının Cinayət Qanunvericiliyinə (356-cı maddə) görə bu, “hərbi muzdurluq” adlandırlır. Bu da 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə məsuliyyətə cəlb edilmək deməkdir.

“Müvafiq olaraq bu, Ermənistan ərazisində işğalçı qüvvələrinin iştirakı ya muzdurluq, ya da qeyri-qanuni hərbi formalaşmaların iştirakı hesab olunur. Bundan çıxış edərək ağlabatan nəticə yaranır: Müstəqil Azərbaycan Respublikasına öz ərazilərində yaranmış cinayətkarları məhv etməkdə kim mane ola bilər?

Əgər məsələ belədirsə, sual yaranır: müstəqil dövlətlə qeyri-qanuni hərbi birləşmələr arasındakı münaqişə hansı yolla həll oluna bilər? Müstəqil dövlət ya onları məhv etməldir, ya gəldikləri yerə qədər qovmalıdı, ya da onlara imlan verməldir ki, həmsərhəd ölkələrin vətəndaşarı arasına qarışsınlar. Yəni ki, cinayətkarlara öz ərazisindən çıxaraq qonşu ölkələrin ərazilərində cinayətkar fəaliyyətlərini davam etdirmək üçün şərait yaratamalıdır”, - O.Kuznetsov belə hesab edir.

Bütün bu dəlillər – Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmasının bariz nümunəsidir. Lakin bununla belə, münaqişə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətini almayıb.

1news.az

Paylaş:
4053

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər