Rusiya MN vertolyotunun Suriyada qəzaya uğradığını təsdiqlədi – FOTO – VİDEO – YENİLƏNİB
Uşaqların və əsəbi zəif olanların kadrlara baxması tövsiyə edilmir.
Rusiyanın Müdafiə Nazirliyi Suriyanıın İdlib əyalətində ruslara məxsus Mİ-8 hərbi-nəqliyyat vertolyotunun vurulması xəbərini təsdiq edib.
“Avqustun 1-də İdlib əyalətində Xmeyin aviabazasına qayıdarkən yerdən açılan atəş nəticəsində Mİ-8 hərbi-nəqliyyat vertolyotu vurulub. Vertolyot Hələb şəhərinə humanitar yardım aparırmış”.
İlkin məlumatlara görə, vertolyotun göyərtəsində üç ekipaj üzvü, eləcə də, Suriyada 2 sülhməramlı zabit olub. Onların taleyi araşdırlır.
Daha əvvəl Twitter sosial şəbəkəsində Syria Today nəşrinə aid fotolar yayılmışdı. Ehitamala görə həmin sənədlər Suriyada vurulan Mİ-8 təyarrəsindəki zabitlərindir.
Gazeta.Ru
14:15
Suriyanın Hələb şəhərində vertolyot vurulub. Bu haqda Twitter-də Syria Today nəşri məluumat yayıb.
Hazırda insidentin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, vertolyotun göyərtəsində 2 nəfər var.
Vertolyotun Rusiyaya məxsus olub-olmaması araşdırılır.
Gazeta.Ru
GRAPHIC:
Jaish Al-Fateh gloating over the bodies of pilots of the Russian helicopter crashed in Tell Sultan pic.twitter.com/w9N7MbHyPW — Syria Today (@todayinsyria) August 1, 2016