Azərbaycan-Yaponiya əlaqələri daha da inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Yaponiya əlaqələri daha da inkişaf edir

16:21 - 30 / 08 / 2016
Azərbaycan-Yaponiya əlaqələri daha da inkişaf edir

Avqustun 30-da Yaponiyanın Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Dostluq qrupunun rəhbəri Muxtar Babayev qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib. O qeyd edib ki, son 25 il ərzində, xüsusilə də müstəqillik dövründən sonra Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edib. Yaponiya texnologiyalarının Azərbaycanda tətbiqi geniş vüsət alıb. Ölkəmizdə energetika sahəsində yapon texnologiyalarının tətbiqi 60 faiz təşkil edir.

Azərbaycanın hazırda regionun ən inkişaf etmiş ölkəsi olduğunu deyən M.Babayev qeyd edib ki, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, yeni istehsalat sahələri də yaradılır. Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm tədbirlər görülür. Bu tədbirlər həm dövlət, həm də özəl biznes tərəfindən həyata keçirilir.

Motome Takisava ölkələrimiz arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın mövcud olduğu vurğulayıb. O, qarşılıqlı hörmətə, etibara əsaslanan Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Vitse-nazir qeyd edib ki, Azərbaycan çox zəngin təbii ehtiyatlara malik olan ölkədir.

Görüşdə çıxış edən Milli Məclisin digər deputatları Yaponiya-Azərbaycan dostluğunun önəmindən danışıblar. Onlar bu görüşün Azərbaycan-Yaponiya münasibətlərinin daha da inkişafına töhfə verəcəyini söyləyiblər.

1news.az

Paylaş:
596

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər