Bakı Konqresinin birinci sessiyasında “Xəbər istehlakının gələcəyi” mövzusu müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakı Konqresinin birinci sessiyasında “Xəbər istehlakının gələcəyi” mövzusu müzakirə edilib – FOTO

15:15 - 16 / 11 / 2016
Bakı Konqresinin birinci sessiyasında “Xəbər istehlakının gələcəyi” mövzusu müzakirə edilib – FOTO

Noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər istehlakının gələcəyi” mövzusunda birinci sessiya keçirilib.

Sessiyaya moderatorluq edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL bu panelin gündəliyində duran məsələlərdən danışıb. Bildirilib ki, müzakirələrin xəbər istehlakının gələcəyi ilə bağlı problemlərə yönəldildiyi bu sessiya informasiya sənayesində tələb və təklifin mütənasibliyi məsələsinə həsr olunub.

 “News Corp” media şirkətinin redaktə şəbəkəsinin direktoru Alan Oakley çıxış edərək bildirib ki, bu gün xəbərlər sistemində böyük dəyişikliklər baş verib. Yeni internet qəzetləri və platformaları formalaşıb. Bütün bunlar bizim həyatımıza təsir edən xəbərləri əks etdirir.

Sessiyada, həmçinin “Al Arabiya” televiziyasının baş direktoru Turki Al-Dakhil, “Axel Springer” media şirkətinin qlobal şəbəkə departamentinin rəhbəri Romanus Otte, “Stibo Accelerator” şirkətinin direktoru Kim Svendsen və AZƏRTAC-ın ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı xəbər istehlakının gələcəyi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

Birinci sessiyada kommunikasiya texnologiyalarının və informasiyanın ictimaiyyət tərəfindən qəbul edilməsinin yeni vasitələri, xəbərin seçilmiş və ya ümumi auditoriyaya çatdırılması yolları ilə bağlı təcrübə və fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Paylaş:
387

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər