Sarkisyan Bakı ilə İrəvan arasında Qarabağ üzrə “qaynar xətt”in yaradılmasını təklif edib
Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında Dağlıq Qarabağ üzrə “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.
Onun sözlərinə görə əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.
S.Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində belə praktika olub:
“O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.
1287