Start Up. Şərəf Nağıyevanın yaratdığı cazibədar alt geyimləri brendi haqda – FOTO
Düşünürəm ki, zərif cinsin nümayəndələrinin özlərini inamlı hiss etmələri üçün düzgün seçilmiş alt paltarının qarderobun əsas hissəsi olduğunu söyləsək, heç də yanılmarıq. Bu əvəzedilməz atribut öz ilkin funksiyası ilə yanaşı, həmçinin daxili cazibədarlıqla ahəngdarlığı da özündə birlşdirir.
Həmsöhbətimiz Şərəf Nağıyeva “kətan” əvəzinə qadın bədənini seçərək əsl möcüzələr yaradır. Onun sehirli əlləri güpurlara toxunaraq insalara az da olsa xoşbəxtlik bəxş etmək üçün məhsullar yaradır.
Bizimlə söhbət zamanı Şərəf uzun müddət öz brendini yaratmağa qərarsız olduğunu və hazırda “Rosemary Intimate Things” məhsullarının əldə etdiyi uğurlardan bəhs etdi:
“Əsas işim maliyyə şirkətilə əlaqədar olsa da, lakin paralel olaraq sevimli işimlə məşğul olmaq üçün vaxt tapıram. Sözün düzü erkən yaşlarımdan tikiş tikməklə məşğul olmuşam və böyüyəndə modelyer olmağı arzulamışam. Hətta uşaq vaxtı çəkdiyim eskizləri hələ də saxlayıram”.
Nəzərə alaq ki, şəhərimizdə hər zaman keyfiyyətli alt geyimlərinin qiyməti baha olub. Əlçatan qiymətə olan məhsullar da çox vaxt keyfiyyətli olmayıb. Həmsöhbətimiz ilk olaraq alt geyimlərini özü üçün tikib.
Öz brendini yaratmaq ideyasına gəlincə bu fikir uzun müddət havada asılı qalıb. Lakin qəhramanımız qəlbinin dərinlikərində bunu həyata keçirməyə inanıb. Və bir dəfə ağıllı bir insanın məsləhətinə qulaq asaraq bu arzusunu indi və burada həyata keçirmək qərarına gəlir. Bir gün Şərəf dərziliyi bacaran anası ilə “Rosemary” məhsulunu yaratmağa başlayır.
Onun sözlərinə görə, sınaqlar üçün sevimli materialı ola güpuru internet vasitəsilə sifariş edirdi. Arzulanan məhsullar arasında standart və yorucu gəlsə də ən çox qara rəng idi:
“Məhsullarla yanaşı alıcılara bandajlar, çiyin qayışları, çokerlər də təklif edirik. Bandajlara gəlincə, onun bu qədər populyar olacağına inanmazdım. Bandajlarla bağlı müəyyən şübhələrim vardı. Bunun gənc xanımlar arasıda vüsətlə alınması məni çox heyran etdi”.
Bandajla çiyin qayışının fərqi ondadır ki, bandajı elastikdir və onu intim hallar üçün paltarın altından geyinirlər. Çiyin qayışları isə dəridən hazırlanaraq üst geyimdə bəzək üçün istifadə edilir. Cokerlərə gəlincə, bu dəbli əsma boyuna bağlanır. “Rosemary” bunları istənilən zövqə görə: sadədən tutumuş kulonla olan cəsarətli modellərə qədər hazırlayır.
Ş.Nağıyevanın sözlərinə görə, alt geyiminin dəsti təxminən 45-60 AZN təşkil edir. Bandaj və çiyin qayışları isə əl işindən fərqli olaraq 20-30 AZN civarında dəyişir. Cokerlərin qiyməti isə 7.50-dən 10 Azn-dəkdir:
“Hesab edirəm ki, alt geyimi – hər bir xanımın qarderobunun vacib elementlərindən biridir. Əgər əyninizdə cazibədar alt geyimi və gözəl aksessuarlar varsa, o zaman siz özünüzü arzulanan hiss edəcəksiniz. Alıcılar arasında xüsusi günlər üçün alt geyimləri ilə yanaşı, gündəlik üçün alanlar da var”.
Həmsöhbətimiz bildirib ki, alt geyiminin hazırlanması 3-5 gün çəkir. Əgər sifarişlər çox olarsa bu iş bir həftəyədək uzana bilər:
“Bu haqda danışarkən qeyd edib ki, xanımlardan soruşanda parametrlərinizi göndərin, onlar təlaşa düşürlər, bədən ölçülərini səhv deyərlər deyə qorxular. Buna görə də çox vaxt mənimlə birbaşa görüşmək istəyirlər”.
Şərəf şifarişlərin çox olmasından hər bir müştərini üzdən yadında saxlamasa da, lakin şəhərdə gəzərkən kiminsə köynəyinin altıda bandajın görünməsi, və ya boynundan cokeri olması zamanı o, əl işlərini tanıyır. Küçədə gəzərkən o, “Rosemary” məhsulu geyinmiş xanımların üzlərindəki təbəssümü görür və bunun insanlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Həmçinin Şərəf qeyd edib ki, bu günə qədər brendin reklam olunması üçün heç bir iş görülməyib. O, öz işinə maksimal dərəcədə əmək sərf edək bunu keyfiyyətli görməyə çalışıb. Beləcə o, alıcıların rəğbətini qazanıb və “Rosemary” dildən-dilə keçərək müəyyən müştəri əhatəsi toplayıb:
“Məhsullarımızı geyinən xanımları xarakterizə etmək çətindir. Onlar fərdilikləri, özünü sevmələri baxımından fərqlidirlər... Məhz həmin xanımlar ilham mənbəyinin əsasıdırlar. Onların sayəsində yeni ideyalar meydana gəlir”.
Və sonda həmsöhbətimiz dostlarından biri ilə reklam çarxının çəkilməsindən bəhs edib. İlk olaraq Azərbaycanda alt geyimi məhsullar üçün reklam çəkəmək fikri real görünməyib. Lakin təəccübdən bir çox xanımlar bu çəkilişdə iştirak etməyə razılıq verib. Yeganə şərt yalnız qamətini gəsətərək kameralardan üzünü gozlətmək olub:
“Düşünürəm ki, gündəlik həyatımızın bizə bəşxş etdiyi kiçik ilhamları tutmaq lazımdır. Bundan yeni həzzlər alaraq insanların xoşuna gedəcək yeni məhsullar yaratmaq lazımıdır...”
Qeyd edək ki, “Rosemary Intimate Things” məhsulunu Facebook və Instagram səhifələri vasitəsilə sifariş etmək olar.