Bahar Muradova: Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq | 1news.az | Xəbərlər
Siyasət

Bahar Muradova: Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq

14:33 - 21 / 11 / 2016
Bahar Muradova: Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq

“Azərbaycan tərəfinin münasibəti birmənalıdır və dəfələrlə ən müxtəlif səviyyələrdə bəyan olunub: Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək və heç zaman bir qarış torpağının ondan qoparılmasına razı olmayacaq”.

Bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ona görə də Serj Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq:

"Dünya da Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbaycan bu prinsiplərlə mübarizə aparır və Ermənistanla danışıqlarda məhz bu prinsiplərdən çıxış edir. Sarkisyan belə açıqlama verirsə, açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində gedir. Sarkisyanın söylədikləri danışıqların mahiyyətinə ziddir. Nəzərə alsaq ki, qarşıdan xarici işlər nazirlərinin görüşü gəlir və onlar da prezidentlərin növbəti görüşünü hazırlamaqla məşğul olacaqlar, bu cür açıqlama ilə Sarkisyan bəri başdan bu görüşdən imtina etdiyini bildirmiş olur”.

Qeyd edək ki, S.Sarkisyan Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağı ya müstəqil dövlət, ya da Ermənistana birləşmiş şəkildə görmək istədiyini bildirib.

Trend

Paylaş:
500

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər