SOCAR “Bursaspor”la sponsor müqaviləsilə bağlı məlumatları təkzib etdi
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Bursaspor” futbol klubu ilə sponsor müqaviləsinin bağlanması planları ilə bağlı yayılmış məlumata aydınlıq gətirib.
Noyabrın 30-da sosial şəbəkələrdə SOCAR-ın “Timsah Arena” stadionunun adının SOCAR Arena-ya dəyişdirilməsilə bağlı sponsor müqavilənin imzalanmasıyla əlaqədar məlumatlar dərc edilib. Məlumatda qeyd edilir ki, SOCAR hər il stadionun adının yuxarıda çəkildiyi kimi adlandırılması üçün 8 milyon avro ayırmağa hazırdır.
Xatırladaq ki, çoxfunksiyalı müasir “Timsah Arena” stadionu Bursada (Türkiyədə) yerləşir və “Bursaspor” FK-na məxsusdur.
“Bursaspor” FK ilə sponsor müqaviləsilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”, - SOCAR-dan 1news.az-a bildirirlib.
Qeyd edək ki, SOCAR-ın adından bu cür məlumatlar dəfələrlə yayılıb. Əsasən də bu dərclər “sarı mətbuata” aiddir. Belə ki, bu xarakterli məlumatlar çox vaxt elə futbol klubları tətərfindən yayılır. Bu addımla həmin klublar potensial sponsorlar qarşısında öz qiymətlərini yüksəltmək və onlara məxsus stadion ətrafında ajiotaj yaratmaq istəyirlər.
1news.az