"Neftçi" basketbol klubu heyətini amerikalı Treyon Ceykobla gücləndirib | 1news.az | Xəbərlər
İdman

"Neftçi" basketbol klubu heyətini amerikalı Treyon Ceykobla gücləndirib

1news Redaksiyası12:49 - Bu gün
"Neftçi" basketbol klubu heyətini amerikalı Treyon Ceykobla gücləndirib

"Neftçi" basketbol klubu heyətini amerikalı Treyon Ceykobla gücləndirib.

1news.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

196 sm boya malik müdafiəçi Florida Beynəlxalq Universitetinin (FIU) yetirməsidir.

Qeyd edək ki, T.Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyinib. Onun son komandası isə Danimarka təmsilçisi "Horsens IC" olub.

Neftçi BK

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər