“Şapekoense” klubu Cənubi Amerika kubokunun qalibi elan olunub | 1news.az | Xəbərlər
Futbol

“Şapekoense” klubu Cənubi Amerika kubokunun qalibi elan olunub

19:01 - 02 / 12 / 2016
“Şapekoense” klubu Cənubi Amerika kubokunun qalibi elan olunub

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) əksər futbolçusu təyyarə qəzasında həlak olan Braziliyanın “Şapekoense” klubunu qitə kubokunun qalibi elan edib. Qərar dekabrın 21-də nəzərdə tutulan konfederasiya şurasının toplantısında rəsmiləşdiriləcək.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın “Globo” telekanalı məlumat yayıb.

Qitə futbol qurumuna bu təklifi faciədən sonra Kolumbiyanın “Atletiko Nasional” klubu edib.

Bununla yanaşı, FIFA həftəsonu beynəlxalq arenalarda keçiriləcək bütün futbol matçlarına da bir dəqiqəlik sükutla başlanılması ilə bağlı qərar qəbul edib. Meydana çıxan bütün komandalar qəzada dünyasını dəyişən futbolçuların xatirəsini həm də qollarına qara lent bağlamaqla yad edəcəklər.

1news.az

Paylaş:
1002

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər