UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub

"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
1news.az report-a istinadən xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"dakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:7.
Xatırladaq ki, əvvəlki dörd matçın hamısında məğlub olan U-19 sonuncu-36-cı pillədə qərarlaşıb.
34










