Keçmiş həyat yoldaşı ilə barışmaq üçün gəldi, amma döyüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş həyat yoldaşı ilə barışmaq üçün gəldi, amma döyüldü

14:58 - 18 / 06 / 2017
Keçmiş həyat yoldaşı ilə barışmaq üçün gəldi, amma döyüldü

Şəmkirdə keçmiş həyat yoldaşı ilə barışmaq istəyən gənc gözləmədiyi hadisə ilə qarşılaşıb. Gənc qadının yaxınları onu döyüb.

1news.az-ın  ” Xezerxeber”ə istinadən məlumatına görə, hadisə Şəmkirin Dəllər-Cəyir kəndində baş verib. Yardımlı sakini, 20 yaşlı Əliqismət Şəkərov 1 il əvvəl Dəllər-Cəyir kənd sakini, 17 yaşlı Mətanət Bayramovanı qaçırıb. Bir müddət sonra isə onlar ayrılıblar və qız ata evinə qayıdıb. Ötən gün oğlan yenidən qayınatasıgilin evinə gedib. Ancaq keçmiş həyat yoldaşını evinə qaytarmaq üçün içəri damdan girən Əliqismət Şəkərov buna müvəffəq olmayıb. Qızın ailə üzvləri qonşuların köməkliyi ilə onun bu istəyinə mane olublar.

Qızın ailə üzvlərinin və qonşuların sözlərinə görə, Əliqismət Şəkərov qeyri-rəsmi nikahda yaşadığı Mətanətə mütəmadi olaraq işgəncələr verib. Hətta döyülmə nəticəsində qadın bətnindəki uşağı da itirib. Bu səbəbdən də qız öz istəyi ilə atası evinə qaytarılıb. Elə o vaxtdan da Əliqismət həyat yoldaşının ailəsini hədələməyə başlayıb. Onlara hədələyici mesajlar göndərərək evlərini yandıracağı ilə qorxudub. Qızın toy şəkillərinin arxasına təhqiramiz sözlər yazaraq kəndin çayxanasında stolların üstünə düzüb. Hətta bir neçə dəfə qayınatasıgilin evinə gələrək dava da salıb.

Əcəbnaz Bayramovanın sözlərinə görə, cəmi 20 yaşı olan Əliqismət Şəkərov qızından ayrıldıqdan sonra iki dəfə ailə həyatı qurub. Keçmiş kürəkənin törətdiyi əməllər barədə Şəmkir polisinə də müraciət edilib.

1news.az

 

 

Paylaş:
530

Son xəbərlər

AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEOBu gün, 12:31DİN: Bakı və Sumqayıtda itkin düşən 7 nəfər tapılıbBu gün, 12:20Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 12:06Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi general-mayor Namiq İslamzadəyə həvalə edilibBu gün, 11:52Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 11:42Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİBBu gün, 11:36Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİBBu gün, 11:32Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşırBu gün, 11:24DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcəkBu gün, 11:17Azərbaycanda azad sahibkarlığın inkişafı - görülən işlər hədəfinə çata bilirmi? - ŞƏRHBu gün, 11:00Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilibBu gün, 10:56Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25
Bütün xəbərlər