BMT Qərbi azərbaycanlıların hüquqlarını təmin edən praktiki həll yollarının tapılmasına dəstək verməyə çağırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT Qərbi azərbaycanlıların hüquqlarını təmin edən praktiki həll yollarının tapılmasına dəstək verməyə çağırılıb

1news Redaksiyası17:22 - Bu gün
BMT Qərbi azərbaycanlıların hüquqlarını təmin edən praktiki həll yollarının tapılmasına dəstək verməyə çağırılıb

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Millli Məclisin deputatı Qaya Məmmədov noyabrın 25-27-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş BMT-nin Azlıqlar Məsələləri üzrə Forumunda iştirak edib.

1news.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Qaya Məmmədov forumda etdiyi çıxışında Ermənistandan didərgin salınmış azərbaycanlıların öz doğma yurdlarına qayıdışının beynəlxalq insan hüquqları normalarına uyğun olduğunu vurğulayıb O, icmanın dialoq təkliflərinə Ermənistan hökumətinin cavab verməkdən imtina etdiyini bildirib. Eyni zamanda, BMT-ni dialoqun təşviqinə və Qərbi azərbaycanlıların hüquqlarını təmin edən praktiki həll yollarının tapılmasına dəstək verməyə çağırıb. İcmanın nümayəndəsi Azərbaycan və Ermənistan arasında sülhün bu məsələnin həlli üçün əlverişli imkan yaratdığını qeyd edib.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır. Qərbi Azərbaycan İcması müntəzəm olaraq forumun işində iştirak edir.

Paylaş:
31

Son xəbərlər

Bütün xəbərlər