Heydər Əliyev Mərkəzinin parkında karate dərsi təşkil olunub | 1news.az | Xəbərlər
İdman

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi təşkil olunub

15:34 - 18 / 06 / 2017
Heydər Əliyev Mərkəzinin parkında karate dərsi təşkil olunub

Bu gün səhər Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.

Heydər Əliyev Mərkəzindən 1news.az-a  verilən məlumata görə, 2 saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.

Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.

1news.az

 

Paylaş:
1055

Son xəbərlər

Bütün xəbərlər