Yol polisi hüquqi və fiziki şəxslərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi hüquqi və fiziki şəxslərə müraciət edib

18:33 - 19 / 06 / 2017
Yol polisi hüquqi və fiziki şəxslərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin yay mövsümü ilə əlaqədar ölkə ərazisində avtobuslarla regionlara səyahət təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən 1news.az-a verilən məlumatda qeyd olunur ki, yay mövsümü ilə əlaqədar istirahət və tətil günlərində məktəblilər, təhsil  və əmək müəssisələrində çalışan əməkdaşlar və onların övladları üçün avtobuslarla ölkənin ayrı-ayrı regionlarına səyahətlər təşkil edilir: “Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm şəkildə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüflər olsun ki, qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı bəzən nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət edilməsinə ciddi nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də yol çiyinlərində dərin yarğanları olan dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, turistləri daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə ödənişsiz müşayiət olunmaları üçün səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri səfərdən 3 gün əvvəl ərazi üzrə DYP bölümlərinə, Baş Dövlət Yol Polisi İdarəsinin (+99412) 590-81-25 nömrəli telefonuna, yaxud 902 qaynar xəttinə müraciət etsinlər”.

1news.az

Paylaş:
632

Son xəbərlər

Oğuzda quldurluq edən şəxs saxlanılıbBu gün, 10:46Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17
Bütün xəbərlər