7 kiloqramdan artıq qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

7 kiloqramdan artıq qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb - FOTO

21:08 - 19 / 06 / 2017
7 kiloqramdan artıq qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısı alınıb - FOTO

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları 7 kiloqramdan artıq qızıl külçənin ölkə ərazisindən çıxarılması cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi “Toyoto Prado” markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin motorxanasında - avtomobilin akkumulyator olan hissəsində fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Bundan sonra avtomobilə əsaslı baxış keçirilib və Cəfərov Vidadi Feyzulla oğlundan onun idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olub-olmaması soruşulub. O isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən heç bir predmetin olmadığını bildirib.

Minik avtomobilinin yoxlanması zamanı isə avtomobilin motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, akkumulyatorun metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.

Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 58,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir.

1news.az

Paylaş:
647

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər