“Neftçi”nin hazırlıq planı bəlli oldu | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”nin hazırlıq planı bəlli oldu

21:30 - 19 / 06 / 2017
“Neftçi”nin hazırlıq planı bəlli oldu

“Neftçi”nin hazırlıq planı müəyyənləşib.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq.

Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın “Şalke” klubuna qarşı olacaq.

Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-3-də keçiriləcək.

1news.az

Paylaş:
1559

Son xəbərlər

Bütün xəbərlər