Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinə start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinə start verilib - FOTO

13:42 - 20 / 06 / 2017
Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinə start verilib - FOTO

İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb.

1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata əsasən, müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir.

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. Qeydiyyatdan keçmiş valideyn müsabiqənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli tam orta məktəbə gətirməlidir.

Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.

Cari ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da iyulun 1-dən 10-a kimi ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak edə bilərlər. Bunun üçün valideynlər şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silərək müsabiqəyə yazılmalıdırlar.

Ümumi təhsil müəssisələrinə xüsusi istedada malik uşaqların müsabiqəsinin iyulun 10-da yekunlaşması nəzərdə tutulur.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıbBu gün, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞIBu gün, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edirBu gün, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçiribBu gün, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıbBu gün, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuqBu gün, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edibBu gün, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”Bu gün, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilibBu gün, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRARBu gün, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaqBu gün, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcəkBu gün, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilibBu gün, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunubBu gün, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldüBu gün, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcəkBu gün, 14:02Şəhid Elməddin Abbasov 30 ildən sonra dəfn olundu - FOTOBu gün, 13:57Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:41
Bütün xəbərlər