Sağ qalan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 7 oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sağ qalan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 7 oldu

1news Redaksiyası17:58 - Bu gün
Sağ qalan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 7 oldu

Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı Əbiş Zamanov vəfat edib.

1news.az xəbər verir ki, 103 yaşlı veteran doğulduğu Cəlilabad rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 1941–1945-ci illər müharibəsinin 8 iştirakçısı qalıb. Həmin şəxslərə aylıq 330 manat Prezident təqaüdü verilir.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onlardan 300 min nəfəri müharibədə həlak olub, 300 min nəfəri isə müharibədən sağ qayıdıb.

Paylaş:
33

Son xəbərlər

Bütün xəbərlər