Bir neçə rayonda yabanı halda bitən çətənə kolları aşkar edilib

Polis əməkdaşları bir neçə rayonda yabanı halda bitən çətənə kolları aşkar ediblər.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Ucar RPŞ əməkdaşları tərəfindən Məlikballı kəndi ərazisindən ümumi çəkisi 2 ton 541 kiloqram olan 2503 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Araliki kəndi ərazisindən ümumi çəkisi 1 ton 52 kiloqram 660 ədəd, Yenicə kəndi ərazisindən ümumi çəkisi 1 ton 572 kiloqram olan 912 ədəd yabanı halda bitən çətənə kolları aşkar edilib.
Bundan başqa Tərtər RPŞ əməkdaşları tərəfindən Təzəkənd kəndi ərazisindən ümumi çəkisi 772 kiloqram olan 2270 ədəd, Şəki ŞRPŞ əməkdaşları tərəfindən Bideyiz kəndi ərazisindən ümumi çəkisi 3 ton 524 kiloqram olan 14680 ədəd yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib.
Babək Cahandarov