"Avropa İttifaqı Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır" | 1news.az | Xəbərlər
Siyasət

"Avropa İttifaqı Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır"

16:17 - 20 / 06 / 2017
"Avropa İttifaqı Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır"

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski deyib.

Diplomat bildirib: “Biz münaqişə zonasında insan itkisinə səbəb olan insidentlərdən narahatıq. İyulun əvvəlində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Ermənistana səfər edəcək”.

O deyib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir:

"Biz sülh prosesinə əlavə yardım göstərməyə hazırıq".

Pərvanə Sultanova

 

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər