Ermənilər Xocalıda uçuşlara başladı - Azərbaycanın cavabı nə olacaq? | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Xocalıda uçuşlara başladı - Azərbaycanın cavabı nə olacaq?

12:21 - 20 / 06 / 2017
Ermənilər Xocalıda uçuşlara başladı - Azərbaycanın cavabı nə olacaq?

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribata əl atılıb. Erməni separatçıları Xocalı aeroportundan uçuşlarla bağlı festival keçiriblər.

“Artsax Air fest” adlandırdıqları festivalda məqsəd xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir. Erməni mətbuatının yazdığına görə, festivala Qarabağa qanunsuz səfər etmiş əcnəbilər də qatılıb. Festivalda yüngül motorlu təyyarələrin uçuşu nümayiş olunub.

Qeyd edək ki, rəsmi Bakı bu məsələ ilə bağlı dəfələrlə mövqeyini açıqlayıb. Azərbaycan XİN-in ötən ay yaydığı bəyanatda bir daha vurğulanıb ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub.

“Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.

Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının Aviasiya haqqında Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır”, deyə XİN bəyan edib.

Xatırladaq ki, Xocalı aeroportundan fevralın 13-14-nə qədər son  helikopter uçuşları həyata keçirilib. Mülki helikopter isə  92-ci il yanvarın 28-nə kimi uçuşlar aparılıb. Təyyarə reysləri isə 91-ci ilin yayından etibarən dayandırılmışdı. Xocalıdan uçuşlar Bakı-Xankəndi və İrəvan- Xankəndi istiqamətində  Yak 40 təyyarələri ilə həyata keçirilib.

“Biz onsuz da müharibəyə doğru gedirik"

Xocalıdan olan millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan məsələ ilə bağlı beynəlxalq qurumlara,  o cümlədən  Beynəlxalq Mülki Aviasiya Təşkilatına, həmsədr dövlətlərə ötən illər ərzində dəfələrlə öz etirazını bildirib, müraciətlər ünvanlayıb:

“Amma söhbət ondan gedir ki, ermənilər bunun heç birinə məhəl qoymur və öz bildiklərini edirlər. Azərbaycanın BMT-yə üzvlüyü zamanı qəbul edilmiş sərhədləri və ərazisi havadan və qurudan  pozularsa, bu, ölkəmizə təcavüz, dövlət sərhədlərimizin pozulması deməkdir. Buna görə də Azərbaycan tədbir görüb, həmin hədəfləri vurmalıdır. Həmin hədəflər vurulanda da müharibə başlayacaq. Buna isə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri imkan vermirlər. Xüsusilə Ermənistanın hava məkanını Rusiya qoruyur.  Erməniləri qudurdan da həmsədr dövlətlərdir”. 

Millət vəkili əlavə edib ki, bununla belə Azərbaycan hec nəyə baxmadan özünün hava məkanını pozan istənilən nə varsa, onu məhv etmək hüququna malikdir:

“Biz onsuz da müharibəyə doğru gedirik. Çünki düşmən heç bir danışığa, sənədə, qətnamə və qərara məhəl qoymur. Beynəlxalq hüququn bütün qaydalarını ayağının altına alıb, tüpürür. Erməniləri müdafiə edən dövlətlər, xüsusilə bu üç həmsədr dövlət və beynəlxalq qurumlar 25 ildən çoxdur ancaq ermənipərst mövqeyi davam etdirirlər. Onlar bü günə qədər ədalətli mövqedə olmayıb və bu gündən sonra da ədalət gözləmək qeyri-mümkündür. Bu şərtlər daxilində Azərbaycanın qarşısında yeganə bir vəzifə var.  Azərbaycan dövləti günü- gündən özünün gücünü artırmalı, ordusunu gücləndirməli və Azərbaycan əsgəri son sözünü deməlidir. Yəni Azərbaycan hərbi güc tətbiq edib, ərazilərini işğaldan azad etməlidir. Onda Xocalı aeroportuna da, uçuşlara da nəzarət Azərbaycanda olacaq. Bu gün təəssüflər olsun ki, hələ bunu edə bilmirik”.

E.Məmmədov əlavə edib ki, cəbhə xəttində mütamadi olaraq ermənilər təxribat törədirlər və Azərbaycanı cavab tədbirləri görməyə məcbur edirlər, sonra da dünyada haray- həşir salırlar ki, Azərbaycan bizim əsgərlərimizi öldürür:

“Həmsədrlər dünən bəyanat veriblər ki, son günlər cəbhə xəttində atəşkəsin pozulması və gərginliklə bağlı çox narahatdırlar. Yaxşı, siz niyə heç  narahat olmursunuz ki, 30 ildir bizm torpaqlarımız işğal altındadır. Niyə bir milyona yaxın Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün düşməsindən heç narahat olmursunuz? Niyə heç narahat olmursunuz ki, bizim ərazilərimiz darmadağın edilib, ermənilər bildiklərini edirlər. Amma bir erməni əsgəri öləndə tez narahat olursunuz. Niyə souşmursunuz ki, erməni əsgəri Azərbaycan torpaqlarında nə gəzir, niyə bizim ərazimizdə ölür, gedib Ermənistanda ölsün. Niyə buna görə narahat olmurlar.

Biz işğalçının nazı ilə nə qədər oynamalıyıq, avantürist sülh danışıqlarına aludə olmalıyıq? 25 ildir başımızın altına bir sülh yastığı qoyub bizi arxayın edirlər. Amma bu danışıqlarla, qətnamələrlə heç bir torpaq azad olunmayacaq. Torpağı Azərbaycan əsgəri azad edəcək”.

Pərvanə Sultanova  

Paylaş:
858

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər