“VA-LİQA” ənənəvi yapon musiqisi qrupu Bakıya gəlir | 1news.az | Xəbərlər
Müsahibə

“VA-LİQA” ənənəvi yapon musiqisi qrupu Bakıya gəlir

14:08 - 21 / 06 / 2017
“VA-LİQA” ənənəvi yapon musiqisi qrupu Bakıya gəlir

Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda   “VA-LİQA” yapon ənənəvi musiqi qrupunun konserti olacaq.

1news.az Yaponiyanın ölkəmizdəki səfirliyinə istinadla xəbər verir ki, musiqi qrupu tsuqaru samisen (simli musiqi aləti), şinobue (nəfəs aləti), vadaiko (zərb aləti) və şişimai (şir rəqsi) ifaçılarından ibarətdir.

 “VA-LİQA” 28-29 iyun tarixlərində Şəki və Bakıda çıxış edəcək. Ənənəvi yapon musiqisini dinləmək və yapon mədəniyyəti ilə tanış olmaq üçün gözəl bir şans olduğu üçün hər kəs konsertə dəvətlidir. Konsertə giriş sərbəst və ödənişsiz.

İyunun 28-də musiqi qrupu Şəki şəhəri “İpək Yolu” 8-ci Beynəlxalq Musiqi Festivalında, iyunun 29-da isə Bakıdakı Heydər Əliyev parkı, Yapon bağının qarşısında çıxış edəcək (Həzi Aslanov metro stansiyasının yaxınlığında).

Konsertdə Azərbaycan milli musiqisi (tar, kamança, nağara) və muğam ifaçıları ilə sintez musiqiləri də ifa olunacaq.

Pərvanə Sultanova

Paylaş:
1524

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər