Pirallahıda polis külli miqdarda narkotiki dövriyyədən çıxarıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda polis külli miqdarda narkotiki dövriyyədən çıxarıb

16:54 - 21 / 06 / 2017
Pirallahıda polis külli miqdarda narkotiki dövriyyədən çıxarıb

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, narkotik istifadəçisi olan bir nəfər barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş  Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

Babək Cahandarov

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər