Pul kisəsindən psixotrop maddə, telefondan isə narkotik vasitə çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Pul kisəsindən psixotrop maddə, telefondan isə narkotik vasitə çıxdı

21:12 - 21 / 06 / 2017
Pul kisəsindən psixotrop maddə, telefondan isə narkotik vasitə çıxdı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, gömrük baxışı zamanı, sözügedən vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər