Nobel Oil Services təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nobel Oil Services təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

14:05 - 22 / 11 / 2017
Nobel Oil Services təchizatçıları üçün təlimatlandırıcı sessiyalar keçirir

Nobel Oil Services şirkəti işgüzar tərəfdaşlarını komplayens və korporativ siyasətlərin tələblərinə uyğun davranışa təşviq edən səmərəli Etika və Komplayens proqramını həyata keçirir.

Etika və Komplayens tələblərinin tətbiq edilməsi strategiyasının bir hissəsi olaraq Nobel Oil Services işgüzar əməliyyatlarda şəffaflığın dəstəklənməsi məqsədi ilə şirkətlər qrupunun təchizatçıları üçün təlimatlandırıcı sessiyaların keçirilməsinə başlayıb.

Şirkətin baş kommersiya direktoru Eldar Məmmədzadə giriş nitqi ilə Etika və Komplayens bölməsinin əhəmiyyətini və şirkətin əsas dəyərləri (Dürüstlük, Keyfiyyət, Təhlükəsizlik, Vahid Komanda və Mükəmməllik) ruhunda strategiyasının qurulmasında rolunu  xüsusi qeyd edib. Bu dəyərləri əsas tutaraq Nobel Oil Services şirkəti üçüncü tərəf təchizatçıların şəffaf və səmərəli seçilməsini təmin edir.

Şirkətin komplayens üzrə səlahiyyətli nümayəndəsi Nərminə Qardaşxanova təqdimatında baş icraçı direktorun rəhbərlik etdiyi Komplayens komitəsinin strukturu və iş mexanizmi barəsində məlumat verib. Komitə şirkətin korporativ siyasətlərinin və prosedurlarının Birləşmiş Krallığın, eləcə də Azərbaycanın qanunlarına və qaydalarına uyğunluğunu təmin edir. Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkət olaraq Nobel Oil Services rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə siyasətini və Davranış Kodeksini müvafiq qaydada tətbiq edib. Şirkət hər hansı şikayətlər yaranarsa təchizatçılar tərəfindən məlumatların verilməsinin təşviqi üçün “Narahatlığını Bölüş” yardım xəttini səmərəli şəkildə idarə edir. Nobel Oil Services şirkətinin Komplayens bölməsi tərəfindən bütün halların ədalətli və qərəzsiz baxılmasına zəmanət verilir.

“İşgüzar münasibətlər qurulmazdan öncə təchizatçının uyğunluğunun yoxlanılması məcburi prosesə çevrilib. Bu kimi görüşlərin təchizatçılarla müntəzəm keçirilməsi nəzərdə tutulur ki, bu da prosesin şəffaf aparılması və ən yaxşı təchizatçıların seçilməsini təmin edir”, - deyərək Nərminə Qardaşxanova bildirib:

“Şirkətin fəaliyyətinə və reputasiyasına mənfi təsir edə bilən istənilən halları aşkar etmək və aradan qaldırmaq üçün yardım xətti ilə daxil olan bütün məlumatları hərtərəfli araşdırırıq”.

Görüşün sonunda bir neçə praktiki misallar iştirakçılarla birlikdə müzakirə edilib.

Nobel Oil Services (UK) Limited Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib.

Nobel Oil Services şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.

Reklam hüququnda

Paylaş:
479

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər